Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

ABL-da təxirə salınan oyunlar keçirilib

Kişi basketbol klublarının mübarizə apardığı Azərbaycan Basketbol Liqasında (ABL) 1-ci, 2-ci və 3-cü turdan təxirə salınan oyunlar keçirilib. Bu oyunlardan sonra yarış cədvəlində iki hakimiyyətlilik yaranıb. 7 oyundan hərəyə 13 xal toplayan "Sabah" və "Neftçi" BK şərikli liderə çevrilib. 

Oyunların nəticələri belə olub:

"Neftçi" - "Naxçıvan" - 104:84;

"Sabah" - "Gəncə" - 107:85;

"Landau Lions" - "Ordu" - 97:80.

Yeri gəlmişkən, ABL-da sayca 8-ci turun oyunları dekabrın 4-də start götürəcək.

İNTİQAM Məmmədov