Paşinyan və Tramp TRIPP layihəsinə start verdilər
Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp TRIPP layihəsinə start veriblər.
AZpress.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunun fonunda Tramp Paşinyanı TRIPP-in praktiki mərhələsinin başlanğıcında göstərdiyi "cəsur liderliyə" görə təbrik edib.
ABŞ Prezidenti Milli Dua Səhər Yeməyi (National Prayer Breakfast) tədbirinin başlanması münasibətilə ünvanladığı mesajda qeyd edib ki, Ermənistanın Baş nazirini gələn il Vaşinqtona, sözügedən tədbirdə iştirak etməyə gələndə Ağ Evdə görməkdən məmnun olardı.
Tramp, həmçinin Paşinyan haqqında yüksək fikirlər səsləndirib:
"O, müstəsna bir insandır və çox yaxşı dostdur; biz birlikdə regional sülhün səmərəli şəkildə irəlilədilməsi və əlaqələrimizin inkişaf etdirilməsi yollarını müzakirə edə bilərik".



