Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 Azərbaycan çempionu "Sabah" FK bu gün "Barselona"nı qəbul edəcək

"Barda"nın 19 yaşlı ulduzu Lamin Yamal Bakıya gəlməyib

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının əsas liqa mərhələsində sayca 5-ci olan növbəti turun daha bir neçə oyunu keçiriləcək. Sözügedən turnirdə ölkəmizi təmsil edən "Sabah" futbol klubu hesabat turu çərçivəsində İspaniyanın "Barselona" klubunu qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də Bakı Olimpiya stadionunda başlanacaq. Matçın taleyi şotlandiyalı referi Nikolas Uolşa həvalə edilib. Xatırladaq ki, geridə qalan 4 turdan sonra (1 qələbə, 3 məğlubiyyət) aktivində cəmi 3 xalı olan "Sabah" 36 klubun yer aldığı yarış cədvəlində 31-ci, rəqib "Barselona" isə (3 qələbə, bir məğlubiyyət) 9 xalla 5-ci yerdə qərarlaşıb.

Bir məqamı da qeyd edək ki, "Barsa"nın 19 yaşlı ulduzu Lamin Yamal zədə üzündən Bakıya gəlməyib. Bununla belə, mütəxəssislər "Barselona"nın hətta Yamalsız da "Sabah" üzərində ən azı 4;0 hesablı qələbə qazanacağına proqnoz veriblər.

Yeri gəlmişkən, "Sabah" geridə qalan oyunlarda "Mançester Yunayted"ə (İngiltərə ) 1:4, "Borussiya"ya (Almaniya) 1:2, "Vikinq"ə (Norveç) isə 1:4 hesabla uduzub və yalnız Çexiyada yerli "Slaviya" klubuna qalib gəlib - 2:0.

Bundan sonra isə "Sabah" dekabrın 8-də "Vilyarreal"la (İspaniya), yanvarın 20-də "Napoli" (İtaliya), yanvarın 27-də isə "Arsenal"la (İngiltərə) üzləşəcək.

İNTİQAM Məmmədov