Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Özbəkistan Ali Məclisinin nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib +FOTO=5

Ölkəmizdə səfərdə olan Özbəkistan parlamentinin nümayəndə heyəti noyabrın 25-də Fəxri xiyabanı ziyarət edib.

Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və nümayəndə heyətinin üzvləri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə əklil qoyub və gül dəstələri düzüblər.

Qonaqları Milli Məclis sədrinin müavini Musa Qasımlı müşayiət edib.