Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məmməd Əvəzoğlu:

Nə qaldı.Əlizaman abiyə

Havaya girişmə, hava məxşuşdu,

Sən görən havalar havaya uçdu,

Əlizaman dostum, ömür də puçdu,

Yazmaqdan savayı bizə nə qaldı?

 

Laçın oğlan idin bir zaman sən də,

Bir talış gözəli saldı kəməndə,

Az dolaş çiçəkli çöldə-çəməndə,

Güllərin gözəli üzənə qaldı.

 

Bu gün son çərşənbə, son mənzil- torpaq,

Bir parça torpağa olmadıq ortaq,

Bəxtəvər dolanır rüşvətxor yaltaq,

Yalançı dünyada düzə nə qaldı?

 

Biz görən əyyamdan əsər qalmıylb,

Daha sözümüzdə kəsər qalmayıb,

Elə bil aləmdə bəşər qalmayıb,

O abır-ismətdən üzə nə qaldı?

 

Havaya tuşlanıb giley-güzarın,

Biri soruşmur ki, nədir azarın,

Ay kişi, bağlanıb daha bazarın!

Səksənə çıxmısan, yüzə nə qaldı?

Məmməd Əvəzoğlu.18.03.2025.

Best coffeeshop in Berlin