Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yeniyetmə güləşçilər Astarada toplaşacaqlar

15-19 aprel günlərində 17 yaşlı yeniyetmələr arasında idman güləşinin hər üç növü üzrə Azərbaycan birinciliyi keçiriləcək. Bu yarış ilk dəfə olaraq Astaradaki Olimpiya İdman Kompleksində baş tutacaq. Yarışda U-17 sərbəst, U-17 yunan-Roma, U-17 və eləcə U-15 qızlar mübarizə aparacaqlar. Yarışları beynəlxalq və milli dərəcəli hakimlərlə yanaşı, İran, Gürcüstan və Türkiyədən dəvətli hakimlər idarə edəcəklər.

Reqlamentə görə ilk iki gün sərbəst güləşçilər, növbəti iki gün klassiklər meydana çıxacaqlar. Son iki gündə isə meydan zərif cinsdən olan güləşçilərin ixtiyarına veriləcək.

Birincilik yığma komandaya seçmə xarakteri daşıyacaq.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111