Güləşçilərin Avropa çempionatı başlayıb
Bu gün Bratislavada (Slovakiya) böyüklər arasında idman güləşi (sərbəst, qadın və yunan-Roma) üzrə Avropa çempionatına start verilib. Çempionatın ilk günü sərbəst güləşçilər 5 çəki dərəcəsində döşək üzərinə çıxıblar.
İlk gundə Azərbaycan yığmasının üzvləri də mübarizəyə başlayıblar. AGF-dan verilən məlumata görə, çempionatın ilk günü güləşçilərimizdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Orxan Abbasov (79 kq) və Abubəkr Abakarov (97 kq) mübarizəyə qatılıb. Bunlardan isə Kənan Heybətov artıq ilk görüşünü keçirib. O, 1/8 finalda Avstriya təmsilçisi Benedikt Xuberi 10:0 hesabla üstələyərək 1/4 finala yüksəlib. Kənan bu mərhələdə isə bolqarıstanlı Mixail Georgiyevle üzləşəcək.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



