Həbib Nurməhəmmədov Bakıda keçiriləcək tarixi turnirdə öz tələbəsinə dəstək olacaq
Yüngül çəkidə Ultimate Fighting Championship (UFC) üzrə keçmiş çempion Həbib Nurməhəmmədov Azərbaycanda ilk dəfə keçiriləcək UFC turnirində iştirak etmək planlarını açıqlayıb.
Hazırda Tagir Ulanbekovun məşqçisi kimi fəaliyyət göstərən 36 yaşlı rusiyalı idmançı qarşıdan gələn tədbirlə bağlı İnstaqram hesabında yazıb. T.Ulanbekov Bakıda keçiriləcək turnirin iştirakçılarından biri olacaq.
“Biz qonaqpərvər Azərbaycana Tagir Ulanbekovla birlikdə uçacağıq.“Yalnız qələbə”, – H.Nurməhəmmədov öz paylaşımında qeyd olunub.


