Qadın voleybol yığmamızın üzvü Marqarita Stepanenko İsrail çempionudur
Azərbaycanın qadın voleybol yığmasının üzvü, hazırda İsraildə legioner həyatı yaşayan Marqarita Stepanenko karyerasında daha bir uğura imza atıb. O, hazırda formasını geyindiyi və şərəfini qoruduğu "Makkabi Ashdod" klubunun heyətində İsrail çempionu adını qazanıb.
Xatırladaq ki, Marqaritanin komandası çempionluq uğrunda keçirilən final seriyasında "Hapoel Kfar Saba" klubunu üç dəfə məğlub edib.
İNTİQAM Məmmədov


