Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İrəvan Bakının MDB Oyunlarında iştirak təklifini şərh edib

Ermənistan tərəfi Azərbaycanın Müstəqil Dövlətlər Birliyinin (MDB) III Oyunlarında iştiraka dəvətini müzakirə edəcək.

Bu barədə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan bildirib.

"Bu məsələ ilə bağlı qərar müxtəlif amillərlə, o cümlədən təhlükəsizliklə bağlıdır. Müvafiq qərar qəbul olunan kimi biz bunu ictimaiyyətə açıqlayacağıq", - şöbə müdiri qeyd edib.

Qeyd edək ki, bu gün keçirilən mətbuat konfransında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təhlükəsizlik və əməliyyatlar şöbəsinin rəhbəri Aygül Ağayeva Ermənistanın Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarında iştirak etmək üçün dəvət edildiyini bildirib. Onun sözlərinə görə, Ermənistan hələ ki, onun iştirakı ilə bağlı məlumat verməyib.

Best coffeeshop in Berlin