Daha bir cüdoçumuz bürünc medal qazanıb
Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında daha bir azərbaycanlı cüdoçumuz bürünc medal qazanıb.
Rəşid Məmmədəliyev (73 kq) üçüncü yer uğrunda mübarizədə Macarıstan idmançısı Daniel Zegediyə qalib gəlib.
Bu, artıq Azərbaycan komandası üçün turnirdə ikinci mükafatdır. Dünən Əhməd Yusifov (60 kq) da bürünc medal qazanıb.
Qeyd edək ki, qitə birinciliyində ölkəmizi 12 çəki dərəcəsində 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Komanda qarışıq komanda yarışlarında da iştirak edəcək.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



