Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Xətai Sənət Mərkəzində "KOSMOSUN RƏNGLƏRİ" adlı rəsm sərgisi keçirilib

26 Aprel 2025-ci il tarixində Xətai Sənət Mərkəzində Ümumi Təsviri Sənət Ənənələri (General Visual Art Traditions) qrupunun təşkilatçılığı , "Rəngarəng Zəkalar" tədris mərkəzinin və "IWS Sumqayıt Sulu Boya Cəmiyyəti"nin dəstəyi ilə "12 Aprel Kosmonavtika Gününə" həsr olunmuş 4-18 yaş uşaqlar və yeniyetmələr arasında "KOSMOSUN RƏNGLƏRİ" adlı rəsm sərgisi keçirildi.
İlk növbədə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və vətən uğrunda canlarından keçmiş şəhidlər bir dəqiqəlik sükutla anıldılar.
Daha sonra "Lider rəqs qrupunun" balaca üzvləri üç nömrə ilə rəqs etdilər.  Balaca ifaçı Aylin Tahir  "Azərbaycan əsgəri" mahnısını ifa edərək  tədbirə daha da rəngarənglik qatdı.  
Bundan sonra rəssamlar- Gündüz Həbibov, Vüsalə Yunusova və sənətşünas - Şəhanə Mansırova sərgidə iştirak edən balaca rəssamların əl işlərinə baxış keçirib öz fikirlərini bildirdilər. Bütün bunlardan sonra
sərgini giriş sözü ilə  rəssam - Gövhər Məmmədova açaraq gələn qonaqları salamladı. Bütün iştirakçılara uğurlar arzuladı. Daha sonra Rəngarəng Zəkalar tədris mərkəzinin rəhbəri - Sona Qurbanova çıxış edərək sərgi iştirakçılarını təbrik etdi. Bu çıxışdan sonra Xətai sənət mərkəzinin təsviri sənət müəllimi, rəssam - Gündüz Həbibova söz verildi. O da uşaqların  çəkdiyi rəsmlərdə hərənin öz düşüncəsi, öz rəng koloriti olduğunu vurğuladı. Bundan sonra davam olaraq rəssam - qrafik dizayner - Vüsalə Yunusovaya söz verildi. O isə uşaqlara gələcəkdə daha fəal, irəli getmələrini və daha çox çalışmalarını arzuladı. Daha sonra Rəssam - Tofiqə Əliyeva da öz ürək sözlərini bildirərək bütün iştirakçıları təbrik etdi. Bütün bu çıxışlardan sonra çıxış üçün gənc sənətşünas Şəhanə Mansırovaya söz verildi. O, sərgi iştirakçılarına daha da fəal olmalarını arzuladı və sərgilənən rəsmlərin biri-birindən fərqli olduğunu  bildirdi.
Sərgidə Fikrət Əmirov adına 6 saylı 11 illik İncəsənət məktəbi - Aydan Niftiyeva, Gülşən Ağayeva, 
 "Qərb Tədris Mərkəzi" - Vüsalə Yunusova, S. Ələsgərov adına 1 saylı İncəsənət məktəbi - Ş. Aybəniz, Xəzər Universiteti Dünya məktəbi - Ş.Aybəniz, "Təməl Tədris Mərkəzi" -  Zərifə Məmmədova, 149 saylı tam orta məktəb - Aytac Mədətova, MİL liseyi - Arzu Kazımova,  
"Zeynəb Art" - Həşimzadə Zeynəb, " İnci Mədəniyyət evi" - Tağıyeva Jalə, 4 saylı UGİM - Muxtarlı Səmra, 287 saylı Zəkalar liseyi - Əliyeva Səbinə, " Elmlənd Tədris mərkəzi" - Cəbrayılova Lalə müəllimə öz şagirdləri ilə sərgidə iştirak edərək Təşəkkürnamə, Sertifikat və kiçik hədiyyələr ilə təltif olundular. 
Fotoqraf: Mahir Əhmədov, AZpress.AZ

Best coffeeshop in Berlin