Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallıdakı turnirdə 291 güləşçi qüvvəsini sınayıb

 

Masallı UGİŞM-nin 7 güləşçisi medala sahiblənib

 

Masallıda Lənkəran-Astara Regional Təhsil İdarəsi Masallı rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə turnir keçirilib.
Aprelin 27-də Olimpiya İdman Kompleksində təşkil olunan turnirin açılış mərasimi öncəsi Ülu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib.
Masallı rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev Ulu Öndərin irsinin təbliği, məktəblilərə vətənpərvərlik hissinin aşılanması, onlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, güləş idman növünün inkişafı yönümündə turnirin əhəmiyyətini vurğulayıb, yarış iştırakçılarına uğurlar arzulayıb.   
AGF hakimlər kollegiyasının sədri, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Qərib Əliyev regionlarda bu cür yarışların keçirilməsinin perspektivli idmançıların aşkarlanması, o cümlədən respublika birinciliyi və çempionatlarına hazırlıq xarakteri daşıdığını qeyd edib.
Sonra yarışlara start verilib.
AGF tərəfindən təyin edilmiş hakimlərin idarə etdiyi yarışlarda Masallı güləşçiləri ilə yanaşı Bakı, Biləsuvar, Sumqayıt, Salyan, Neftçala, İmişli, Beyləqan, Gəncə, Şamaxı, Şirvan, Lənkəran, Astara, Lerik, Cəlilabad rayonlarından 291 idmançı 2 yaş qrupunda (2010-2012, 2013-2015) 11 çəki dərəcəsi üzrə birincilik uğrunda mübarizə aparıb.
Turnirin qalibləri təşkilat komitəsi tərəfindən müvafiq dərəcəli medal və diplomlarla mükafatlandırılıb. 
Masallı güləşçilərindən Əli Baloğlanov (44 kq) birinci, Cəmil Əbilzadə, İslam Şükürov (23 kq), Yusif Abdullayev (26 kq) ikinci, Rəsul Qiyasbəyli (29 kq), İqbal Hüseynov (48 kq), Ələkbər Ələkbərov (62 kq) üçüncü yerə layiq görülüblər.
İdmançıları yarışlara Masallı UGİŞM-nin məşqçi-müəllimləri Cavad Həsənov, Samir Rəhmanov, Vüsal Piriyev və Maqsud Ağayev hazırlayıb.

 

Akif AĞAYEV


 

Best coffeeshop in Berlin