"Sabah" klubu ABL-in ilk finalçısıdır
Bu gün kişi basketbol klublarının mubarizə apardığı ABL-da yarımfinal mərhələnin cavab oyunlarına start verilib. İlk oyun Şəkildəki OİK-də "Şəki" ilə ölkə çempionu adını daşıyan "Sabah" arasında baş tutub. Qarşılaşma qonaq komandanın qələbəsi ilə bitib. Qeyd edək ki, ilk oyunda 86:73 hesabla qalib gələn "Sabah" Şəkidə keçirilən cavab matçında da rəqibini üstələyib - 72:96 (10:19, 14:31, 22:31, 26:15). İki oyunda dalbadal qalib gələn "Sabah" ABL -in ilk finalcisi olub.
Daha bir yarımfinal oyunu isə bu gün saat 19:00-da Bakı İdman Sarayında "Neftçi" ilə "Abşeron" arasında olacaq. Xatırladaq ki, ilk oyunda "Neftçi" qalib gəlib -97:93. Əgər bu oyunda da "Neftçi" qalib gələrsə finalda "Sabah"ın rəqibi olacaq.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



