Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Malayziya Heydər Əliyevin xatirəsini beynəlxalq şahmat turniri ilə anıb

Mayın 17-də Malayziya Şahmat Federasiyası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş şahmat turniri keçirəcək.

Federasiyadan verilən məlumata görə, artıq ənənəvi hal alan tədbir Azərbaycanın Malayziyadakı səfirliyi ilə sıx əməkdaşlıq çərçivəsində təşkil olunub və artıq üçüncü ildir ki, dünyanın hər yerindən şahmatçıların diqqətini cəlb edir.

FİDE-nin rəsmi təqviminə daxil olan turnir İsveçrə sistemi üzrə hər oyuna 15 dəqiqə vaxta nəzarət və hər gediş üçün 10 saniyə artımla Rapid disiplinində 7 turda keçiriləcək.

Federasiya 7500 manat məbləğində mükafat fondu ayırıb. Açıq kişilər bölməsinin qalibi RM1,000, ən yaxşı qadın oyunçu isə RM800 alacaq. Bundan əlavə, hər bölmədə 10 əsas mükafat, həmçinin U18 və U12 ən yaxşı oyunçular, 50 yaşdan yuxarı veteranlar və sağlamlıq imkanları məhdud şahmatçılar üçün xüsusi mükafatlar nəzərdə tutulub.

Maraqlıdır ki, turnirdə FİDE reytinqi 2100 və daha yüksək olan kişi oyunçular, eləcə də 1900 və daha yüksək reytinqə malik olan qadın oyunçular tamamilə pulsuz iştiraka dəvət olunurlar.

Best coffeeshop in Berlin