Cüdoçularımız Düşənbədə "Böyük Dəbilqə" turnirində mübarizə aparacaqlar
Düşənbədə (Tacikistan) keçirilən "Böyük Dəbilqə" turnirində Azərbaycanı 6 çəki dərəcəsində səkkiz cüdoçu təmsil edəcək.
Azərbaycan Cüdo Federasiyasından (AJF) verilən məlumata görə, yığmaya kişilərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tekiç başçılıq edəcək.
Böyük Dəbilqə turnirində Balabek Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq), Vüsal Kələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq), Camal Qəmzətxanov və Kənan Nəsibov (hər ikisi +10 kq) çıxış edəcək.
Turnirin hakimləri arasında FDA-nın hakimlər kollegiyasının üzvü, beynəlxalq “A” kateqoriyalı hakim Nazim Umbaev də olacaq.
Mayın 2-dən 4-dək keçiriləcək yarışda 27 ölkədən 226 cüdoçu (123 kişi, 103 qadın) iştirak edəcək.


