Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məhəmməd Muradlı ""Baku Open-2025"-in vahid lideridir 

"Kristal Hall"da Azərbaycan Şahmat Turu çərçivəsində keçirilən "Baku Open-2025" beynəlxalq turnir davam edir. Qeyd edək ki, Azərbaycan da daxil olmaqla 16 ölkəni təmsil edən 700-dən zəka sahibinin üç müxtəlif səviyyəli qrupda (A,B vəC) İsveçrə sistemi üzrə 9 turda mübarizə apardığı və mükafat fondu 55 min dollar (93,5 min manat) təşkil edən turnirdə artıq ilk 4 tur geridə qalıb. Reytinq göstəricilərinə görə ən yüksək səviyyəli qrup hesab edilən və 31-i azərbaycanlı olmaqla 60 şahmatçının iştirak etdiyi A qrupunda 11 təmsilçimiz dördüncü turu qələbə ilə başa vurub. 

Hazırda 4 turdan sonra qrupa maksimum xal toplayan (4 xal) şahmatçımız Məhəmməd Muradlı vahid liderlik edir. Ondan yarım xal geri qalan britaniyali Aleksandr İndjic ikinci yeri tutur. Hərəyə 3 xal toplayan Xəzər Babazadə və Murad İbrahimli isə 3-4-cu yerləri bölüşür. Aktivində 3 xalı olan daha bir təmsilçimiz - Riad Səmədov isə 11-cidi.

Bu gün turnirdə 5-ci turun oyunları keçiriləcək. Turun mərkəzi oyunu yarış cədvəlinə liderlik edən Məhəmməd Muradlı ilə onun ən yaxın izləyicisi olan Aleksandr İndjic arasında olan. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin