Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Nəsimi rayonunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Mənim Vətənim, Azərbaycan!” adlı tədbiri keçirilib +FOTO=42

25.04.2025-ci il tarixdə Nəsimi Rayon İcra Hakimiyyətində Bakı şəhəri 2 nömrəli uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə "Konstitusiya və suverenlik ili"nə həsr olunmuş "Mənim Vətənim, Azərbaycan!" adlı tədbir keçirildi.  
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Məktəbdənkənar fəaliyyətinin təşkili” sektorunun müdiri Günay Qurbanova, Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəb direktorları və məktəblilər iştirak etdi.
Tədbirin əsas məqsədi Azərbaycanın tarixini, mədəni irsini, müasir inkişafını və regionlarının zənginliyini qonaqlara nümayiş etdirməkdir. Təşkil olunmuş sərgidə ölkəmizin 9 bölgəsini əhatə edən guşələr quruldu. Hər bölgəyə dair rəsm əsərləri, abidə maketləri, mədəni simvollar, meyvə və məhsullar, eləcə də ensiklopedik məlumatlar sərgiləndi.  
Bununla yanaşı, tədbir zamanı 9 regiona dair xüsusi hazırlanmış videoçarxlar təqdim olundu. Bu videoçarxlarda həm bölgələrin təbiəti, tarixi abidələri, mədəniyyət nümunələri, həm də Azərbaycanın keçmişdən bu günə qədər keçdiyi müstəqil inkişaf yolu əks olundu.  
Tədbirin bədii hissəsində isə dərnək üzvlərinin ifasında vətənpərvərlik ruhlu şeirlər, canlı musiqi nömrələri və milli rəqslər təqdim olundu. Bu hissə tamaşaçılara Azərbaycan xalqının ruhunu, mədəni zənginliyini və dövlətə bağlılığını dolğun şəkildə çatdırmaq məqsədi daşıyır.  
Tədbirin kulminasiya nöqtəsi kimi isə Azərbaycan xanlıqlar dövrünü əks etdirən səhnələşdirilmiş kompozisiya təqdim olundu. Burada tariximizin parçalanmış dövrləri, xanlıqların ayrı-ayrı mövcudluğu, xalqın bir araya gəlmək istəyi və nəticə etibarilə vahid dövlətçiliyin və Konstitusiyanın formalaşması obrazlı şəkildə canlandırıldı .

Best coffeeshop in Berlin