Rekord tamaşaçı: Azərbaycan II Liqasının oyununa 4500 azarkeş
Futbol üzrə Azərbaycan İkinci Liqasının “Şəfa” – “Şahdağ Qusar” matçını izləmək üçün stadiona 4500 azarkeş gəlib.
Biletlərin kifayət qədər baha olmasına baxmayaraq, minlərlə azarkeş oyunu arenanın tribunalarından izləmək istəyib. Bu, ölkənin ikinci liqasında rekord göstəricidir.
Qeyd edək ki, görüş qolsuz bərabərliklə yekunlaşıb.


