"Real Madrid" Arda Güləri buraxmayacaq
"Real Madrid" Arda Güləri heyətində saxlamaq istəyir.
20 yaşlı yarımmüdafiəçiyə Avropanın bir neçə aparıcı klubu ciddi maraq göstərsə də, “qaymaqlılar” rəhbərliyi futbolçunu buraxmaq fikrində deyil.
Türkiyə millisinin futbolçusu da öz növbəsində ona az oyun vaxtının verilməsindən narazıdır.
Qeyd edək ki, Gülər bu mövsüm “kral klubu”nun heyətində bütün turnirlərdə 38 oyun keçirib, 5 qol vurub, 9 məhsuldar ötürmə edib.


