UEFA Çempionlar Liqası: Turnirin ikinci finalçısı bu gün müəyyənləşəcək
UEFA Çempionlar Liqasının ikinci finalçısı bu gün bəlli olacaq.
Yarımfinalın cavab qarşılaşmasında Fransanın "PSJ" komandası Parisdəki "Park des Princes" stadionunda İngiltərənin "Arsenal" klubunu qəbul edəcək.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında ilk oyun "PSJ"nin 0:1 hesablı minimal hesablı qələbəsi ilə başa çatıb.
Bundan əvvəl turnirin yarımfinal mərhələsinin cavab oyununda İtaliyanın “İnter”i doğma meydanda İspaniyanın “Barselona”sına 4:3 hesabı ilə qalib gəlib və iki oyunun cəminə (ümumi hesab 7-6) əsasən, UEFA Çempionlar Liqasının finalına yüksəlib.


