Cüdoçularımız İstanbulda təlim-məşq toplanışında Avropa Kubokuna hazırlaşırlar
Azərbaycanın gənclərdən ibarət cüdo yığması İstanbulda (Türkiyə) beynəlxalq təlim-məşq toplanışında iştirak edir.
Təlim-məşq toplanışı Avropa Cüdo İttifaqının himayəsi altında keçirilir.
Təlim-məşq toplanışında cüdoçuları gənclərdən ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli müşayiət edir.
Təlim-məşq toplanışları gənclər arasında Avropa kuboku turnirlərində iştiraka hazırlıq məqsədi ilə keçirilir. Müsabiqə mayın 31-dən iyunun 1-dək Qratsda (Avstriya) və iyunun 21-dən 22-dək Berlində (Almaniya) keçiriləcək.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



