UEFA ofsayd qaydasının dəyişdirilməsinə icazə verir
UEFA-nın baş katibi Giorgio Marchetti futbol oyunlarının keçirilməsi qaydalarına mümkün dəyişiklikləri açıqlayıb. Bu, ofsayd qaydasına da aiddir.
Marchetti Radio Anch'Io Lo bildirib ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) və FIFA ofsaydın artıq bədənin hər hansı bir hissəsindən asılı olmaması üçün yenilikləri sınaqdan keçirir.
O, üç santimetrlik ofsaydların oyunun ruhunu pozduğunu vurğulayıb.
Əvvəllər "Arsenal"ın keçmiş baş məşqçisi Arsen Venger, hücum edən komandanın oyunçusu sonuncu rəqib oyunçunu yalnız bir hissəsi ilə deyil, bütün bədəni ilə üstələdiyi təqdirdə ofsaydın qeydə alınmasını müdafiə edirdi.


