Azərbaycan 2026-cı ildə iki Sammitə ev sahibliyi edəcək
2026-cı ildə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə toplantısına ev sahibliyi edəcək və növbəti 2 il ərzində bu təşkilata sədrlik edəcək.
Bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qlobal cənubun və Qərbin yüksəlişi: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda geniş iclasında çıxışı zamanı deyib.
Nazir müavini qeyd edib ki, gələn il Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə toplantısına da ev sahibliyi edəcək.


