Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Musiqinin sehri” adlı onlayn vokal və ifa videoçarx müsabiqəsinin qalibləri mükafatlandırıldı +FOTO=36

14 may 2025-ci il tarixdə “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə görkəmli bəstəkar “Üzeyir Hacıbəylinin 140 illik yubileyi”nə həsr olunmuş “Musiqinin sehri” adlı onlayn vokal və ifa videoçarx müsabiqəsinin qaliblərin mükafatlandırılması mərasimi keçirildi. 
Müsabiqəyə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri qatılmışdır.  “Vokal” və “Çalğı alətlərində ifa” olmaqla iki nominasiya üzrə müsabiqədə 300-ə yaxın iştirakçı öz istedadını nümayiş etdirmişdi.
Üzeyir Hacıbəylinin ev-muzeyində keçirilən tərtifetmə mərasimində dəyərli Münsiflər heyəti- Azərbaycan Respublikasının Əməkdar artistləri Şölə Səfərəliyeva, Xəyyam Mustafazadə və Aqşin Abdullayev,  dərnək rəhbərləri, valideynlər və digər qonaqlar iştirak etmişdir.
Tərtifetmə mərasimində qalib olan bir sıra istedadlı ifaçılar öz bacarıqlarını nümayiş etdirərək, tədbirə xüsusi rəng qatdılar.
Qeyd edək ki, müsabiqəyə qatılan iştirakçıların çıxışları dəyərli münsiflər heyəti tərəfindən peşəkar və obyektiv şəkildə qiymətləndirilmiş, hər  iki nominasiya üzrə  6-10, 11-14, 15-17 yaş qruplarıda ən yaxşı 22 ifaçı qalib seçilmişdir. Həmçinin, 2 iştirakçımız “İstedadlı ifaçı” adlı xüsusi mükafata layiq görüldü. 
Sonda qaliblər “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxs tərəfindən  diplom və medallarla  təltif olundular.

Rüstəm İsmayılov

Best coffeeshop in Berlin