Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Arşın mal alan” tamaşası – Masallı səhnəsində

 

Masallı rayon Heydər Əliyev Mərkəzinin səhnəsində “Arşın mal alan” tamaşası nümayiş etdirilib.
Üzeyir Hacıbəyovun anadan olmasının 140 illik yubileyi münasibətilə nümayiş etdirilən tamaşa öncəsi Lənkəran Dövlət Dram Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi və Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova tamaşa haqqında məlumat verib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov teatrın kollektivinə təşəkkür edərək,  15 may – Beynəlxalq Ailə Günündə tamaşanın nümayiş etdirilməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.
 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111