Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BÜLBÜLÜN MEMORİAL MUZEYİNDƏ BEYNƏLXALQ MUZEYLƏR GÜNÜ QEYD OLUNUB 

18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə  Bülbülün Memorial Muzeyində Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdlərinin iştirakı ilə "Caz saatı" adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova  qonaqları salamlayaraq bütün muzey işçilərini bayram  münasibətilə təbrik edib. 
 Tədbirdə Qara Qarayevin "Eskiz", Rauf Hacıyevin "Çiçək kimi", Vaqif Mustafazadənin "Düşüncə",   Əzizə Mustafazadənin "Last day of Chopen", E.Vilkinsin "Blüz",  Milan Dvorjakın "Caz etüd" və digər əsərlər səsləndirilib. Həmçinin Aysel Rəqs Qrupunun çıxışı böyük maraqla qarşılanıb. 
Sonda tədbir iştirakçılarına fəxri fərmanlar təqdim olunub.

Best coffeeshop in Berlin