Qadın millimiz Bakıda DQS-nin mərhələ yarışına qatılacaq
Mayın 26-dan 27-dək Azərbaycanın paytaxtı Bakı şəhərində qadınlar arasında 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının növbəti mərhələ yarısı keçiriləcək. Qeyd edək ki, iki gün davam edəcək bu yarışda ev sahibi Azərbaycan da daxil olmaqla, dünyanın bir sıra ölkəsini təmsil edən 13 milli komanda və 3 klub mübarizə aparacaq.
Millilərin sırasında Azərbaycan, Hollandiya, İtaliya, Tailand, Çili, Filippin, Qazaxıstan, Mısır, Madaqaskar, Rumıniya, Çin, Avstriya və Latviya, klublardan isə "Praqa", "Roma" və "Takasaki" mübarizə aparacaq.
Oyunlar hamısı "Ses Brezee" istirahət mərkəzində keçiriləcək.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



