Dünya çempionatı: Turnir çərçivəsində bu gün səkkiz qarşılaşma keçiriləcək
Bu gün Bakıda minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turuna start verilir.
Milli Gimnastika Arenasında keçiriləcək turnir çərçivəsində daha 8 qarşılaşma keçiriləcək.
A qrupunda mübarizə aparan Azərbaycan millisi Sloveniya ilə qarşılaşacaq. Elşad Quliyevin yetirmələri ilk görüşdə Bəhreynlə heç-heçə edib (1:1).
C qrupunda Türkiyə millisi Ukrayna ilə qarşılaşacaq.
Dünya çempionatı
Qrup mərhələsi
II tur
23 may
A qrupu
12:45. Mavritaniya - Bəhreyn
20:45. Sloveniya - Azərbaycan
B qrupu
14:00. Fransa - Özbəkistan
16:30. Çad - Rumıniya
C qrupu
15:15. İngiltərə - Macarıstan
19:30. Ukrayna - Türkiyə
D qrupu
18:15. Bolqarıstan - Hindistan
22:00. Portuqaliya - Slovakiya
Qeyd edək ki, dünya çempionatının finalı iyunun 1-nə nəzərdə tutulub.


