Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Şəhla İbişova: 

Xanımların təhsil səviyyələri artdıqca bər-bəzək, makyaj istəkləri azalırmış...

Xanımların təhsil səviyyələri artıqca qızıl-gümüş, bər-bəzək, makyaj istəkləri azalırmış...

Bunu mən demirəm. Bir elmi tədqiqatın nəticəsidir.

 

ŞƏRHLƏRDƏN:

Nilufer Nil:

Məktəbdəki bəzi müəllimlərin vəziyyəti bunu demir ama.))))

Shahla Ibishova:

Nil diplom almaq demir ki:)) Mahiyyəti üzrə təhsil almaq deyir

Züriyə Garayeva:

Shahla Ibishova bu yanaşmayla razı deyiləm) ətrafımda da kifayət qədər təhsilli, savadlı, baxımı qaydasında xanımlar var.

Shahla Ibishova:

Züriyə Garayeva baxım demir ki! Qızıl-gümüş, bər-bəzək deyir 

Züriyə Garayeva:

Shahla Ibishova elə o da onun içində. Amma təbii ki qaydasında) zövqlü göründüyü qədər.

Shahla Ibishova:

Züriyə Garayeva demir ki, saçını daramadan, üzünü yumadan gedirlər. Deyir ki, üzlərində 158 kilo krem olmur da. :)))))

Züriyə Garayeva:

Shahla Ibishova əlbəttə ki, hər şey qaydasında, nizamında gözəldi.

Shahla Ibishova:

Züriyə Garayeva bizim xanımlar təbii gözəldilər. Əməliyyat və s. bunlar olmasa.

Nilufer Nil:

Shahla Ibishova zarafat etmişdim, haqlı fikirdi əlbət.

 

Sərvanə Dağtumas:

Emosional boşluq yaşayan qadınlar qeyd etdiklərinizlə, xüsusilə də ifrat alış-veriş etməklə o boşluğu doldururlar. Kitab oxumaqla yox.

 

Elmir Həsən:

Ümumiyyətlə, ucuz insanların tapındığı şeylərdi ifrat halında bərbəzəkdən asılı olmaq.

 

Elçin Bayramlı:

Bu çoxdan məlumdur hardasa 50 il olar

Shahla Ibishova:

Elçin Bayramlı 50 il əvvələ aid tədqiqat nümunəsini paylaşa bilərsiz, bizimlə?

Elçin Bayramlı:

Shahla Ibishova tədqiqata heç ehtiyac belə yoxdur xalq dilində desək kor kor gör gördü. Azacıq ağlı düşüncəsi olan adam bunu uzağı 16 17 yaşında başa düşür

Shahla Ibishova:

Elçin Bayramlı sizdə fərqli olub deyəsən; 16-17 yaşa çatmadan başa düşmüsüz

 

Best coffeeshop in Berlin