Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bəybala Mirzəyev: 

Bir terrorçularda, bir də separatçılarda dərin ağıl olmur...

Ağlı olsaydı, Rusiya vətəndaşı Zahirəddin İbrahimov 44 günlük İkinci Qarabağ müharibəsində və 23 saatlıq antiterror əməliyyatında erməni separatçıların necə darmadağın edildiyini görəndən sonra elə həmin separatçılıq yuvası olan Ermənistanın dəstəyilə Azərbaycana qarşı separatçılıq fəaliyyətinə əsla təşəbbüs göstərməzdi.

Lakin Azərbaycan dövlətçiliyinə qarşı dərin nifrət hissi bu adamın gözlərini o qədər kor edib və ağlını da elə korşaldıb ki, Rusiya Federasiyasının Yekaterinburq şəhərində yaşayan və "Azərbaycanda etnik azlıqların hüquqlarının müdafiəsi komitəsi" adlı qondarma təşkilatın "sədri" vəzifəsində çalışan Zahirəddin İbrahimov hətta Ermənistanda Azərbaycan əleyhinə keçirilən tədbirlərdə iştirak etməkdən də çəkinməyib.

Belə ki, 2005-2020-ci illərdə o, dəfələrlə İrəvanda keçirilən konfranslarda çıxış edərək, Azərbaycana qarşı saxta ittihamlar səsləndirib və erməni strukturları adından separatizmi dəstəkləyib, talışları, ləzgiləri, tatları Azərbaycan dövlətinin əleyhinə çıxış etməyə çağırıb.

Lakin Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) bugünlərdə ölkəmizin hüdudlarından kənarda növbəti uğurlu əməliyyata imza ataraq əslən Lənkəran rayonunun Şaglaser kəndindən olan Rusiya vətəndaşı Zahirəddin İbrahimovu qandallayıb, Bakıya gətirib.

Vəkili Səyyarə Əliyeva da onun hazırda DTX-nin istintaq təcridxanasında saxlandığını təsdiqləyib.

Və ən ibrətamiz məqam da budur ki, ermənilərə nökərçilik (daha doğrusu, satqınlıq) etmiş bu separatçı bu gün DTX-nın təcridxanasında Ruben Vardanyan, Arayik Arutyunyan, Bako Saakyan kimi separatçılarla, terrorçularla yanaşı hücrədə saxlanılır. Bu isə əslində bütün potensial separatçılara və yaxud, separatçılığa meylli olanlara çox ciddi mesajdır. Yəni ki, dövlətçiliyimizə, ərazi bütövlüyümüzə, suverenliyimizə qarşı çıxan bütün üzüdönüklərin, vətən xainlərinin son aqibət ünvanı türmədir.

Düşmən ölkənin bizə qarşı separatizm təbliğatının əsas aləti olmuş Zahirəddin İbrahimovun ələ keçirilərək Bakıya gətirilməsi dövlətimizin konstitusiya quruluşu və suverenliyi əleyhinə iş aparmağa cürət edən hər kəsə görk olmalıdır. Zahirəddin İbrahimov Azərbaycanın ərazi bütövlüyü əleyhinə yönəlmiş cinayətlərinə görə digər separatçılar kimi bütün məsuliyyəti ilə cavab verməli olacaq.

Bu gün dünyanın heç bir ölkəsində separatçıların nazıyla oynamırlar.

* * *

Flora Mikayilova

Arvadi ermenidir yeqin .ona gòrë veteni satib

Bunun ne siyasi cekisi varmis goresen ermenilerin yaninda ? Bu adam veten xainidur .

Beybala Mirzeyev

Yox, deyilənlərə görə, arvadı da elə öz həmyerlisidir. Bu yaramazın heç bir siyasi çəkisi-flanı yoxdur. Sadəcə olaraq Ermənistan dövləti hətta "bomj" tipli adamlardan da Azərbaycanın əleyhinə potensial separatçı kimi istifadə etməyə çalışır.

Sürəyya Allahverdiyeva

Onda erməni qanı olmamağına inanmaram.

Beybala Mirzeyev

Qanını tam dəqiq deyə bilmərəm, amma təfəkkürü yüz faiz erməni təfəkkürüdür.

Ayten Aliyeva

Dövlətə xəyanətin kiçiyi, böyüyü olmur. Xain elə xaindir! Ən ağır cinayətdir!

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Best coffeeshop in Berlin