"Azerbaijan Kids Best Model 2025"yarışması keçirildi +FOTO=18
31 may tarixində “Badamdar Hotel Residences-də” “Star Kids Group” şirkətinin təşkilatçılığı ilə "Azerbaijan Kids Best Model 2025" yarışması keçirildi. Müsabiqədə 4-14 yaş arasında uşaqlar iştirak etdi.Tədbirdə 72 model iştirak etdi. Modellərin 43 qız, 29-u oğlan idi. Tədbirdə Azərbaycanın məhşur simaları modelyer-dizaynerlər, xalq artistləri və əməkdar artistlər iştirak etdi. Münsiflər heyətinin sədri ənənəvi olaraq tanınmış modelyer-dizayner Fəxriyyə Xələfovadır.
Məqsədimiz Azərbaycanda xüsusi istedada malik olan uşaqların və gənclərin yaradıcılıq potensialını inkişaf etdirməklə yanaşı onları ilk öncə vətənimizdə, daha sonra ölkə xaricində tanıtmaqdır!
“Star Kids Group”MMC -nin direktoru Aygün Əliyeva
Münsiflər heyətində iştirak etdilər:
- Fəxriyyə Xələfova-Azərbaycanlı rəssam-modelyer,əməkdar incəsənət xadimi
- Zenfira Ağayeva – Sahibkar Qadınlar İctimai Birliyinin sədri
- İlahə Əliyeva – İlahə Fort Art aksesuar brendin qanuni təsisçisi
- Şəhriyar Əbilov-Azərbaycanlı tanınmış aktyor və aparıcı
- Abdul Xalid- Tanınmış və sevimli müğənni
- Səxavət Əliyev-1.0 By_Qara gözəllik mərkəzinin rəhbəri
- Aylin Əlizadə- Azerbaijan Kids Fashion Show 2024 yarışmasının qalibi


