Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gənc boksçularımız Qazaxıstan turnirində

Bu gün Qazaxıstanın Türküstan şəhərində gənc boksçular arasında beynəlxalq turnirə start verilib. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, iyunun 6-dək davam edəcək turnirdə Azərbaycan millisi də mübarizəyə qatılıb. Qeyd edək ki, məşqçi İlkin Seyfəddinovun rəhbərliyi altında bəlli turnirə qatılan Azərbaycan yığmasının heyətində Hikmət Məmmədov (50 kq), Əli Məmmədov, Zakir Həsənzadə ( hər ikisi 55 kq), Vüsal Xəlilov (65 kq), Renat Qiyaslı (75 kq) və Kənan Nəcəfov (+90 kq) cəmləşib.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin