Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Avropa çempionumuz dopinqə görə diskvalifikasiya edilib

Azərbaycan milli komandasının iki boksçusu antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya olunub.

Məlumata görə, Ömər Aslanlı qadağan olunmuş maddələrdən istifadə etdiyi üçün iki il müddətinə peşəkar idmandan uzaqlaşdırılıb.

Məsud Yusifzadə isə dopinq-testdən imtina etdiyi üçün 3 il müddətinə diskvalifikasiya olunub.

Ömər Aslanlı ötən il gənclər arasında Avropa çempionu olub. O, həmçinin böyüklər arasında Azərbaycan çempionatının qalibi olub.

Məsud Yusifzadə gənclər arasında dünya və Avropa çempionatında bürünc medal qazanıb.

Best coffeeshop in Berlin