Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 Şahmatçıların "Dubay Open-2025" turniri başa çatıb

BƏƏ-nin Dubay şəhərində şahmat üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı ənənəvi "Dubay Open-2025" beynəlxalq turnirə bu gün baş tutan 9-cu turla yekun vurulub. İsveçrə sistemi üzrə keçirilən və rusiyalı Aleksey Qrebnevin (7 xal) qalibi olduğu bu turnirdə iştirak edən dörd şahmatçımızdan heç biri nəinki mükafatçılar sırasında, heç Top-10-da da yer ala bilməyib. 

Təmsilçilərimiz arasında nisbətən yaxşı nəticəni Məhəmməd Muradlı göstərib ki, o da 5,5 xalla ancaq 14-cü ola bilib.

Digər təmsilçilərimiz - Şiroqlan Talıbov, Gövhər Beydullayeva və Xanım Balacayeva isə Top-20-dən də kənarda qalıb.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111