Məmməd Əvəzoğlu:
Qalmayıb
İçəridən yana-yana qor oldum,
Gözlərimi silə-silə kor oldum,
Öz-özümə söz deməkdən yoruldum,
Yazmayacam, daha sözüm qalmayıb.
Çağırıram,kimsə mənə qoşulmur,
Acı sözüm bir adama nuş olmur,
Xəbərlərin bir dənəsi xoş olmur,
Dözməyəcəm, daha dözüm qalmayıb.
Məzarlara daşıyıyıram gülümü,
Göz altına aldım ucuz ölümü,
Öz başıma tökürəm öz külümü,
Yanmayacam, daha közüm qalmayıb.
Ərzin çarxın çevirənlər ərdimi?
Qara yerə əkdi neçə mərdimi,
Allaha çox ərz elədim dərdimi,
Üz vurmağa daha üzüm qalmayıb.
Başlayanlar bitirməyir savaşı,
Fayda vermir Məhəmmədin təlaşı,
Qələmimi dəfn edərsiz yanaşı,
Bu dünyada daha gözüm qalmayıb.
Məmməd Əvəzoğlu


