Gənclərdən ibarət futbol komandamız yeni çağırışlara hazırlaşır
Futbol üzrə Azərbaycan milli komandası (U-21) növbəti oyununu keçirəcək.
Komandamız yoldaşlıq görüşündə Belarus millisi ilə qarşılaşacaq.
Martın 14-də millimizə baş məşqçi təyin olunan Ayxan Abbasov üçün qarşıdakı oyun üçüncü sınaq olacaq.
Onun rəhbərliyi altında U-21 komandası martın 22-də Moldova yığmasını 2:0 hesabı ilə məğlub edərək, 16 aylıq qələbəsiz seriyasını qırıb. Üç gün sonra Şimali Makedoniya komandası ilə görüş qolsuz bərabərliklə yekunlaşıb.
Xatırladaq ki, yığmamız iyunun 8-də Sumqayıtda Monteneqro millisi ilə qarşılaşacaq.
4 iyun
Yoldaşlıq oyunu
20:00 Belarus - Azərbaycan (U-21)
Baranoviçi Şəhər Stadionu (Belarus).
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



