Ronaldo milli komandanın heyətində vurduğu qollara görə dünya rekordu qırıb
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo millinin heyətində vurduğu qolların sayına görə dünya rekordu qırıb. Millətlər Liqasının yarımfinalında Almaniya millisi ilə görüşdə (2:1) Ronaldo millinin heyətində 137-ci qolunu vurub.
Bu göstəricidə ikinci yerdə millinin heyətində 112 qolu olan argentinalı hücumçu Lionel Messi qərarlaşıb.
Ronaldo futbolçu karyerası ərzində klub səviyyəsində 800, Portuqaliya millisində isə 137 qol vurub.
Millətlər Liqasının finalında Portuqaliya millisi İspaniya - Fransa matçının qalibi ilə qarşılaşacaq.


