Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan və Kosovo yığmaları arasında keçiriləcək oyunların vaxtı açıqlanıb

İyunun 7-8-də Kosovonun paytaxtı Priştinada 3x3 basketbol üzrə Avropa Kubokunun (2025) seçmə mərhələsi keçiriləcək.

Azərbaycanın həm kişilərdən, həm də qadınlardan ibarət milli komandaları seçmə oyunlarında əsas mərhələyə vəsiqə uğrunda mübarizə aparacaq.

B qrupunda kişilərdən ibarət yığmamız Kosovo və Malta ilə qarşılaşacaq. Qadınlardan ibarət komanda da B qrupunda yer alıb və meydan sahibləri ilə qarşılaşacaq.

Basketbolçularımız qrupda ilk oyununu iyunun 7-də Malta (Bakı vaxtı ilə saat 11:45-də başlayacaq), ikinci oyununu isə ertəsi gün (13:35) Kosovo komandasına qarşı keçirəcək.

Basketbolçularımızın qrupdakı yeganə oyunu iyunun 8-də (13:10) Kosovo komandasına qarşı keçiriləcək.

Best coffeeshop in Berlin