Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

17 yaşlı Yamal dünya futbol ulduzlarını geridə qoydu

İspaniya millisinin yarımmüdafiəçisi Lamine Yamal əfsanəvi Peledən sonra 18 yaşına çatmadan Fransaya 3 qol vuran ilk futbolçu kimi adını dünya futbol tarixinə yazdı.

2025-ci il iyunun 5-də 5:4 hesabı ilə ispanların xeyrinə başa çatan UEFA Millətlər Liqasının yarımfinalında İspaniya və Fransa arasında keçirilən həyəcanlı oyunda 17 yaşlı vunderkind təsirli dubla imza atdı. Yamalın daha əvvəl 2024-cü il iyulun 9-da, hələ 16 yaşında olarkən Avro-2024-ün yarımfinalında (2:1) “Üçrənglilər”ə qol vurduğunu nəzərə alsaq, bu nəticə daha da əhəmiyyətli oldu.

Yamaldan əvvəl hələ 1958-ci ildə İsveçdə keçirilən dünya çempionatının yarımfinalında Braziliya - Fransa (5:2) matçında het-trik edən yalnız 17 yaşlı Pele belə nəticə ilə öyünə bilərdi. Bu tarixi müqayisə gənc ispan futbolçunun müstəsna istedadını vurğulayır.

Lakin gənc istedadın rekordları bununla bitmir. Yamal həm də son 112 ildə 18 yaşı tamam olana qədər milli komandanın heyətində ən azı 6 qol vurmağı bacaran ilk avropalı futbolçu oldu. Belə nəticəyə nail olan sonuncu şəxs 1913-cü ildə Belçika millisinin heyətində 7 qol vuran belçikalı futbolçu Fernand Nysot olub.

Qeyd edək ki, “Barselona”nın yüksələn ulduzu artıq İspaniya çempionatında ötən mövsümün ən yaxşı gənc oyunçusu kimi tanınıb ki, bu da onun müstəsna istedadını və potensialını təsdiqləyir.

Best coffeeshop in Berlin