YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
2 min illik qədim Roma gəmisinin qalıqları tapıldı
İtaliya sahillərində Qədim Roma dövrünə aid 2000 illik gəmi qalıqları tapılıb.
Bu barədə BBC məlumat yayıb.
"Bu müstəsna kəşf, sahilə çatmaq istəyərkən dəniz təhlükələri ilə qarşılaşan və qədim dəniz ticarət yollarına işarə edən Roma gəmisinin qəzaya uğramasının mühüm nümunəsidir”, deyə məlumatda bildirilir.
Kivitaveççia limanı yaxınlığında dəniz səviyyəsindən 160 metr aşağıda tapılan gəmin uzunluğu 20 metrdən çoxdur. İçərisində yüzlərlə Roma amforası olan gəmi təxminən eramızdan əvvəl 1-2-ci əsrlərə aiddir.
Mütəxəssislərin gəmini və ya onun qiymətli yükünü dənizin dibindən qaldırmağa çalışacaqları hələlik məlum deyil.


