Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın basketbol millimiz AK-nin final mərhələsinə yüksəlib 

7-8 iyun günlərində Kosovonun Priştine şəhərində 3x3 basketolu üzrə kişi və qadınlar arasında Avropa Kuboku 2025-in təsnifat mərhələsinin oyunları keçirilib. Turnirdə Azərbaycanın həm kişi, həm də qadın millisi iştirak edib. Qeyd edək ki, kişi millimizdən fərqli olaraq, zəriflərimiz daha uğurla çıxış edərək, AK-2025-in 5-7 sentyabr aralığında Kopenhagendə (Danimarka) keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Heyətində Erika Kartier, Brianna Freyzer, Aleksandra Mollenxauer və Dina Ulyanovanin yer aldığı qadın milimiz qrup mərhələsini uğurla başa vurandan sonra yarımfinalda Maltanı (21:11), həlledici finalda isə Kipr (21:18) komandasını məğlub edib.

Yeri gəlmişkən, qadın millimizin üzvü Brianna Freyzer isə təsnifat mərhələsinin ən yaxşı oyunçusu adına layiq görülüb.

Heyəti Orxan Aydin, Amil Həmzəyev, Cəbrayıl Əkbərov və Kamran Məmmədovdan ibarət olan kişi millimiz isə elə qrupdaca Malta (21:22) və Kosovoya (18:22) uduzaraq mübarizəni erkən dayandırıb.

Xatırladaq ki, indiyədək kimi millimiz AK-nin final mərhələsində üç, qadın komandamız isə bir dəfə iştirak edib.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin