Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

LUMU ZÜLFÜQAROVA:

Xoşbəxtliyə Gedən Yol 


Bəşər tarixi yarandığı ilk gündən bu günə kimi  insanlar xoşbəxt olmağa və rahat həyat yaşamağa can  atmışlar . İnsanlar müxtəlif fizioloji və antropoloji quruluşa malik olduğu kimi düşüncələrdə və həyata baxış tərzində də müxtəliflikləri ilə də fərqlənirlər . Kimisi xoşbəxtliyi maddiyyata , kimisi uzun ömür , can sağlığına və  kimisi isə mənəvi zənginliyə bağlayır. Xoşbəxtliyi maddiyyata bağlayan insanlar çox cılız düşüncələrə sahib olurlar . Çünki onlar üçün var - dövlət olmasa həyat bitmiş deməkdir . Onlar üçün duyğular , hisslər , emosiyalar ikinci planda olur . Bu cür insanlar özləri də bilmədən və dərk etmədən günü - gündən acizləşməyə doğru gedirlər . Uzun ömür və can sağlığında  xoşbəxtliyi görənlər isə maddiyyata xoşbəxtliyi baglayanlardan biraz fərqli olur . Çünki bu tip insanlar isə ən çox özlərini fikirləsənlər olur . Bu cür insanlar üçün ətrafdakılarından öncə və daha ötə olanı özləridir . Onlar ancaq özləri üçün yaşayanlardır . Amma xoşbəxtliyi mənəvi zənginliyə bağlayanlar isə tamamı ilə fərqli olurlar . Bu cür insanlar gələcəkdə həm maddiyyatda zəngin ola bilirlər. Çünki bir insanın iç dünyası kasıb olarsa və o digər mövzularda zəngin olarsa daxili yoxsulluğun sayəsində digər mövzularda qazandıqları zənginliklər bir - bir sıradan çıxar. Zahiri nailiyyətləri qorumaq üçün daxili zənginliyimizi daha da genişləndirmək lazımdır. Mənəvi zənginliyin özülü isə sevgidən , sayğıdan , hörmətdən , diqqətdən və dəyərdən başlar . Ona görədə ən birinci mənəvi dünyamızı zəngin etməyə çalışmalıyıq . Sevdiklərinizin və bizi sevənlərin qədirini bilməliyik . Kimə çox dəyər verməliyik onları bilməliyik . Pis düşüncələrdən və əməllərdən uzaq olmalı , insanlar və insanlıq  üçün daha gözəl olanları etməliyik . Biz sevgimizi qorumalıyıq . Çünki bir qəlbdə saf sevgi yoxdursa o qəlbin sahibi olan şəxs maddi cəhətdən dünyanın ən zəngini olsa belə yenə dünyanın ən kasıb və ən ac varlığıdır . Ən gözəl xoşbəxtliyə gedən yol qəlbimizdən keçən yoldur . Çünki bizi özümüzdən gözəl tanıyacaq heç bir kimsə yoxdur . İlk olaraq özümüzü gözəlləşdirməliyik. Daxili dünyamızı zəngin etməliyik . Bizim üçün ən gözəl xoşbəxtliyin üç əsas yolu vardır . Napoleon demişkən müharibədə uğur qazanmağın üç yolu vardır: Pul, pul və yenə də pul. Yəni o demək istəyirdi ki , pul kimdədirsə, güc ondadır . Amma bəşəriyyət üçün xoşbəxtliyin də üç gözəl yolu vardır . Biz bunu dərk etməliyik . Xoşbəxtliyə gedən üç gözəl yol bunlardır Sevgi, sevgi və sonsuza qədər sevgi.
Çünki sevgisi olmayan insanlar heç bir zaman xoşbəxt ola bilməzlər . Ey bəşər övladları, sevgimizi pisliklərdən qoruyaq ki , xoşbəxt olmağa da tez nail olaq.

Best coffeeshop in Berlin