Daha iki tatami ustamiz mundialda mübarizəyə qatılacaq
Macarıstanın paytaxtı Budapeştdə kişi və qadın cüdoçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı dünya çempionatı davam edir. Qeyd edək ki, ilk günü Azərbaycan yığması üçün uğursuz olan mundialın bu günə təsadüf edən ikinci günü daha iki cüdoçumuz tatamiyə çıxaraq medallar uğrunda yarışacaq. Söhbət Ruslan Paşayev (66 kq) və Gültac Məmmədəliyevadan (52 kq) gedir. Ruslan startda braziliyalı Ronald Lima ilə, Gültac isə Kipr təmsilçisi Sofiya Asvestayla qarşılaşacaq.
Qeyd: Azərbaycan mundiala 13 (9 kişi və 4 qadın) cüdoçu ilə qatılıb. Yarışlara iyunun 20-də qarışıq komanda yarışı ilə yekun vurulacaq. Həmin gün yığmamızın ilk rəqibi Almaniya olacaq.
İNTİQAM Məmmədov


