YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Hümbət Quliyev:
Bizi əhatə edən dünya bir məbəddir
Qədim türklərin əcdadlarının bir inancını çox bəyənirəm.
Onlara görə bizi əhatə edən dünya( dağlar, meşələr, dənizlər, çaylar, umumən təbiət, kainat) bir məbəddir və insanlar bu möhtəşəm məbədin içində yaşayırlar. Heç nə, heç nədən və heç kim, heç kimdən üstün deyil və hər şey bərabərdir. Bu inancla insan özünü tam olan təbiətin bir parçası sanıb və ətrafında olan hər şeyə öz doğması kimi yanaşıb.
Belə inancla yaşamaq necə də gözəl olub…
Hümbət Həsənoğlu


