YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
HÜMBƏT QULİYEV:
Yıxılmaq haqqında (esse)
Küçədə ayağım qalxmış səki daşına dəydiyindən yıxıldım. Durub ətrafa baxıb gördüm ki, küçə böşdur və heç kim mənim yıxıldığımı görmədi.
Yıxıldığıma təəssüfləndim.
Yıxılmağımın insanların görmədiyinə ikiqat təəssüfləndim, nə qədər insanı yıxılmağımla sevindirə bilərdim.
Axı insanları ürəkdən ən çox sevindirən şey başqalarının yıxılmağıdır…
Hümbət Həsənoğlu


