YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Çox oxuyan çox şey bilər
Hər kəs bilir ki, kitab bilik və hikmət mənbəyidir.Uşaqlar üçün inanılmaz, sehrli, ecazkar bir dünya açır.Kitab oxumaq təfəkkür və koqnitiv maraqları inkişaf etdirir, dünyagörüşünü genişləndirir, yaradıcı təxəyyülü stimullaşdırır, söz ehtiyatını artırır, özünü və başqalarını anlamağa kömək edir. Təəccüblü deyildir: "Çox oxuyan çox şey bilir!". Çoxlu mütaliə etmək beynin sağlam şəkildə işləməsinə, düşünməsinə müsbət təsir göstərir. Mütaliə etmək gələcəyin açarıdır. Oxuyun və bütün dünya sizə açılacaq!


