Azərbaycan gimnastları Sofiyaya yollanıblar
Bədii gimnastika üzrə Azərbaycan milli komandası iyunun 18-22-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçiriləcək yeniyetmələr arasında dünya çempionatına yollanır.
Fərdi yarışda Şəms Ağahüseynova, İlahə Bahadırova, Fidan Qurbanlı və Azadə Atakişiyeva mübarizə aparacaq.
Qrup məşqləri komandasına Nəzrin Abdullayeva, Röya Alikişiyeva, Ayan Nəsirova, Şəms Müvəffəqi və Nəzrin Salmanlı daxildir.
Yeniyetmələrin dünya çempionatında 72 ölkədən 370 gimnast iştirak edəcək.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



