Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Tayland "Formula-1" Qran Prisinə ev sahibliyi etmək üçün böyük pul xərcləyəcək

Tayland hakimiyyəti "Formula-1" Qran Prisinin maliyyələşdirilməsi planını təsdiqləyib, ona əsasən dövlət büdcəsindən 40 milyard bahtdan (təxminən 1,23 milyard ABŞ dolları) çox vəsait ayrılacaq.

Taylanddakı "Formula-1" mərhələsinin 2028-2033-cü illər arasında Banqkokda küçə yarışı formatında keçirilməsi gözlənilir. Hələ mart ayında ölkənin baş naziri Patongtarn Şinavatra "Formula-1" prezidenti Stefano Domenikali ilə görüşüb və o, layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlamaq niyyətini təsdiqləyib.

Bundan əvvəl Kanada Qran Prisinin keçirilməsi ilə bağlı müqavilənin daha dörd il müddətinə uzadıldığı da bildirilib.

Best coffeeshop in Berlin