Basketbolçu oğlanlardan ibarət U-18 millimizin Gürcüstan TMT-si yekunlaşıb
18 yaşlı oğlanlardan ibarət olan basketbol millimizin (U-18) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən təlim-məşq toplanışı (TMT) başa çatıb. Qeyd edək ki, iyunun 11-dən etibarən baş məşqçi Anar Sariyevin rəhbərliyi altında keçirilən toplanış ərəfəsində millimiz yerli komandalarla bir neçə yoxlama oyunları da keçirib.
Oyunların nəticələri belədir:
Azərbaycan U-18 - Gürcüstan Bədən Tərbiyəsi Universiteti - 67:73;
Azərbaycan U-18 - Gürcüstan U-20 - 51:89;
Azərbaycan U-18 - SEU BK - 70:58.
Yeri gəlmişkən, Tbilisi toplanışı qarşıdakı Avropa çempionatının B divizionuna hazırlıq xarakteri daşıyıb. Çempionat iyunun 25-dən iyulun 3-dək Rumıniyanın Pteşti şəhərində keçiriləcək.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



